Yuxarı

100 il bundan öncəni danışanlar Xocalıdan danışmır - Yıldırım

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Almaniyada sözdə soyqırım, keçərliliyi olmayan, hüquqi cəhətdən heç bir anlam kəsb etməyən qanun qəbul edildi. 100 il bundan öncəni danışanlar dünəni, ağrıları hələ də davam edən Xocalı qətliamından danışmır, Azərbaycan torpaqlarının 20%-nin işğal altında olmasından danışmır, Dağlıq Qarabağ haqqında danışmır.

APA xəbər verir ki, bunu Türkiyənin yeni hökumətinin nəqliyyat, dəniz işləri və kommunikasiya naziri Əhməd Arslan "Türk Hava Yolları"nın Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, hər iki ölkə gücləndikcə bu problemlər də həll olunacaq.

"Bu problemlərlə birlikdə necə ki Bakı-Tiflis-Ceyhanla, Bakı-Tiflis-Qarsla, Bakı-Tiflis-Ərzurumla qardaşlığımız daha da möhkəmlənir, coğrafiyamızda necə gücləniriksə TANAP-la da daha güclənəcəyik. Biz bu güc birliyə ilə, biz bu qardaşlıqla Dağlıq Qarabağ problemi həll olunana qədər dostlarımızı dost, düşmənlərimizi düşmən biləcəyik. Heç bir zaman bu olanları unutdurmayacağıq", - deyə nazir əlavə edib.

Tarix
2016.06.03 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan özünün enerji potensialını daim artırır

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla