Yuxarı

Orxan Fikrətoğlu vəzifə almayıb, əksinə, “vurulub” - Sensasiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orxan Fikrətoğlu vəzifə almayıb, əksinə, “vurulub” - Sensasiya

Ötən gün tanınmış yazıçı və publisist Orxan Fikrətoğlunun yüksək vəzifə aldığı barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, Mədəniyyət Nazirliyinə istinadla yayılan məlumatda əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun mədəniyyət nazirinin müşaviri təyin edildiyi bildirilir. Qeyd edilir ki, o, “Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək”.

Bu təyinata qədər isə onun Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru səlahiyyətlərini müvəqqəti icra etdiyi vurğulanır.

Başqa sözlə desək, Orxan Fikrətoğlunun nazirin müşaviri təyin olunduğu üçün ARKA-nın baş direktoru vəzifəsinin icrasından uzaqlaşdırıldığı anlaşılır.

Ancaq məsələ burasındadır ki, 2023-cü il 11 dekabrda Orxan Fikrətoğlunun ARKA-nın baş direktoru vəzifəsini icra edən təyin olunduğu haqda məlumatda onun eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutduğu xüsusi olaraq vurğulanıb. Yəni Orxan Fikrətoğlu nazirin müşaviri vəzifəsini ən azı 2023-cü il 11 dekabrından icra edir.

Belə məlum olur ki, O.Fikrətoğlu əslində vəzifəyə təyin edilməyib, ARKA-nın baş direktoru vəzifəsinin icrasından uzaqlaşdırılıb.

Maraqlıdır ki, O.Fikrətoğlunun nazir müşaviri kimi hansı “vacib sahənin koordinasiyasını” həyata keçirdiyi də qeyd olunmayıb.

Tarix
2025.04.22 / 21:40
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla