Yuxarı

Bakıda Rusiya Günü qeyd olundu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Rusiya Günü qeyd olundu - Foto

Rusiyanın Azərbaycandakı səfirliyi ölkəsinin dövlət bayramı - Rusiya Günü münasibətilə qəbul təşkil edib.

AzərTac xəbər verir ki, tədbir Azərbaycan və Rusiya himnlərinin səsləndirilməsi ilə başlayıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, 26 il əvvəl Rusiya dövlət suverenliyi haqqında Bəyannamə qəbul edib. Bu, Sovet İttifaqının artıq vahid dövlət kimi mövcud ola bilməyəcəyinin və Rusiyanın SSRİ-nin tərkibində olan digər respublikalar kimi öz yolu ilə getməli olduğunun etirafı idi. Tarixində ilk dəfə Rusiya siyasi plüralizm, demokratiya və bazar iqtisadiyyatı yolunu seçdi.

Səfir qeyd edib ki, belə bir seçimin riskləri böyük idi. Rusiya bütün sınaqlara duruş gətirə bildi, siyasi sabitliyi saxladı və nizama saldı, iqtisadiyyatını yenidən qurmağa başladı.

V.Doroxin deyib: "Bütün bu illər ərzində Rusiya və Azərbaycan bir-birini dəstəkləyib. Biz qarşılıqlı hörmət, suverenliyin və bir-birinin ərazi bütövlüyünün tanınması əsasında münasibətlərin optimal modelini qura bildik. Rəsmi Moskva və Bakı fəal siyasi dialoq aparırlar. Biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıyıq və vasitəçilik funksiyasını fəal şəkildə davam etdirəcəyik. Rusiya qeyri-neft sektorunda Azərbaycanın bir nömrəli iqtisadi tərəfdaşıdır".

Səfir bildirib ki, Rusiya bundan sonra da səylərini əsirgəmədən Azərbaycan ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsinə çalışacaq, çünki o, sabit və inkişaf edən qonşu dövlətin mövcudluğunda maraqlıdır.

Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Günü münasibətilə təbrik edib. O bildirib ki, Rusiya və Azərbaycan tarixən bir-biri ilə bağlı olub. Nazir deyib: "Ölkələrimiz arasında münasibətlər həmişə müsbət xarakterə malikdir, qarşılıqlı anlaşma və dostluq əsasında qurulub, keçmişin bütün müsbət ənənələri qayğı ilə qorunur və inkişaf edir".

M.Cabbarov əlavə edib: "İqtisadi əlaqələrin və ticarət dövriyyəsinin genişlənməsi müşahidə olunur. Bu kontekstdə Azərbaycan və Rusiya regionları arasında əlaqələrin möhkəmlənməsini qeyd etmək lazımdır. Humanitar əməkdaşlıq sahəsində Azərbaycan və Rusiya arasında münasibətlər digər ölkələr üçün nümunə ola bilər. Bildiyiniz kimi, SSRİ-nin süqutundan sonra Azərbaycanda rus dilində tədris dayandırılmayıb, ona böyük diqqət yetirilir. Azərbaycan Respublikasında Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Universitetinin, Rusiya Federasiyasında isə Azərbaycan Dövlət İqtisad Universitetinin filialları fəaliyyət göstərir.

Son illərdə Azərbaycan və Rusiya inkişaf və tərəqqi yolunda bir çox işlər görüb. Azərbaycan bu əlaqələrin inkişafına böyük əhəmiyyət verir".

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Tarix
2016.06.09 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla