Yuxarı

İrandan Azərbaycan və Gürcüstana dəhliz təklifi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edir.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe bildirib.

O qeyd edib ki, sözügedən təşəbbüs İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin bu yaxınlarda Azərbaycana səfəri zamanı səsləndirilib və rəsmilər tərəfindən bəyənilib.

Müşavirin sözlərinə görə, bu il İranın yol və şəhərsalma naziri TRACECA Hökumətlərarası Komissiyasına sədrlik edəcək.

Bundan əlavə, A.Tərfe vurğulayıb ki, İran və Türkmənistan arasında illik tranzit daşımalarının həcminin 20 milyon tona çatdırılmasını nəzərdə tutan “yol xəritəsi” haqqında saziş imzalana bilər.

"Sənədin İran və Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-19 may tarixlərində keçiriləcək iclası çərçivəsində imzalanması gözlənilir", - o bildirib.

Müşavir vurğulayıb ki, 2025-ci il martın 21-dən 2026-cı il martın 20-dək (İran təqvimi ilə) "Şimal-Cənub" dəhlizinin İran ərazisindən keçən şərq istiqaməti üzrə 3 milyon ton yükün daşınması planlaşdırılır.

Xatırladaq ki, TRACECA bütün iştirakçı ölkələrin siyasi iradəsinə və ümumi səylərinə əsaslanan fəal tədbirlər vasitəsilə Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında iqtisadi münasibətlərin, ticarətin və nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutan beynəlxalq səviyyədə tanınmış proqramdır.

Bu gün TRACECA beynəlxalq nəqliyyat dəhlizi Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin 14 iştirakçı ölkəsinin - Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və Özbəkistanın nəqliyyat sistemini əhatə edir.

Tarix
2025.05.05 / 11:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan özünün enerji potensialını daim artırır

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla