Yuxarı

Bakıda İƏT-ə üzv ölkələrin toplantısı keçiriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq edir, bir çox qlobal və regional təşəbbüslərdə fəal iştirak edir. Eyni zamanda, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə tərəfdaş qurumlarla birgə kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə, Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə mayın 19–23-də Bakı şəhərində həmin beynəlxalq təşkilatın Altıncı Plenar İclas və İdarəetmə Komitəsinin Onuncu Görüşü təşkil edilib. Tədbir çərçivəsində, beynəlxalq təşkilatlar və xarici dövlətlərin nümayəndə heyətləri ilə bir sıra görüşlər olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, mayın 19-da Baş prokuror Kamran Əliyev Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Həməd bin Naserv əI-Misnədlə görüşüb.

Baş prokuror Kamran Əliyev Azərbaycan ilə Qətər arasında mövcud olan güclü siyasi əməkdaşlığı qeyd edərək iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin əhəmiyyətini vurğulayıb.

Kamran Əliyev iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, 2026-cı ildə Bakıda İƏT-ə üzv ölkələrin antikorrupsiya qurumları rəhbərlərinin 3-cü toplantısının keçirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. O, GlobE şəbəkəsi və digər beynəlxalq platformalar çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

Həməd bin Naserv əI-Misnəd isə Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində qazandığı nəticələri və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni yüksək dəyərləndirib. O, Azərbaycan Prokurorluğunun beynəlxalq platformaların təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi töhfənin əhəmiyyətini vurğulayıb.

Görüşdən sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu əks etdirən eksponatları izləyiblər.

Tarix
2025.05.19 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

İran Avropanın üç tələbini qəbul edərsə…. - Politoloq

İranın hücumu “simvolik” olsa da, radikal addım ata bilər

Bu gün Elçibəyin doğum günüdür

Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN

Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla