Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun
rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad
Quliyev Alman Parlamentində (Bundestag) qəbul edilən qondarma
"erməni soyqrımı" qətnaməsinin təşəbbüskarı olan Yaşıllar
Partiyasının həmsədri Cem Özdemiri məhkəməyə
verəcək.
Dünya Azərbaycanlıları Assambleyasından APA-ya verilən məlumata görə, R. Quliyev
Almaniyada fəaliyyət göstərən bir sıra hüquq mərkəzləri ilə
məsləhətləşmə apardıqdan sonra C. Özdemiri məhkəməyə verməyə qərar
verib.
R. Quliyev bildirib ki, C. Özdemir Alman cəmiyyətinə yalan
məlumat verdiyi, digər dövlətin daxili işlərinə qarışaraq milli
zəmində münaqişə yaratmaq istədiyi, tarixi təhrif edib erməni
yalanını "soyqrım" olaraq qəbul etdirdiyi, terroru müdafiə etdiyi
üçün qanun qarşısında cavab verməlidir. C. Özdəmirdən üzr istəməsi,
5 avro təzminat ödəməsi tələb olunacaq.