Yuxarı

Azərbaycandan keçən dəhliz təhlükə altındadır - Arkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan keçən dəhliz təhlükə altındadır - Arkov

Hərbi əməliyyatlar kontekstində Rusiya, Azərbaycan, İran, Hindistan və digər ölkələri birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi təhlükə altındadır.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Vitali Arkov deyib.

“Birincisi, belə çətin dövrdə az adam yük göndərməyə razı olacaq, çünki sığortaçılar belə riskləri sığortalamaqdan imtina edəcək. İkincisi, dəniz terminalları və dəmir yolu əlaqələri təsirlənə bilər. Aydındır ki, onlardan hərbi məqsədlər üçün də istifadə oluna bilər və buna görə də İranın rəqibləri üçün hədəfə çevrilir”, - o bildirib.

Arkovun sözlərinə görə, bu, Şimal-Cənub layihəsinin əsas iştirakçıları - Hindistan, Azərbaycan, Rusiya üçün ciddi problemdir:

“Ən azından yüklərin hərəkəti bir müddət dondurulacaq. Amma bunun nə qədər davam edəcəyi bəlli deyil. Heç kimə sirr deyil ki, bu layihənin ciddi rəqibləri var və o rəqiblər yüklərin çatdırılmasının sürəti və dəyəri baxımından Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin cəlbediciliyi fonunda artıq ciddi itkilər verməkdədir. Ona görə də onun oyundan çıxarılmasında maraqlıdır və münaqişənin qızışmasına töhfə verəcəklər”.

Tarix
2025.06.19 / 13:18
Müəllif
Ruslan, Zeynəb
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla