Yuxarı

İlham Əliyev yeni konsepsiya ortaya qoydu - Kirman

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev yeni konsepsiya ortaya qoydu - Kirman

Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbaycan xalqının işıqlı gələcəyinə dəstək olmaq, yardım göstərmək üçün yeni bir formul yaratdı. Prezident İlham Əliyevin qurultaydakı dərin məzmunlu çıxışı, iştirakçılara göstərdiyi səmimiyyət, fəaliyyəti ilə seçilən şəxslərin təltif edilməsi kimi məqamlar dünya azərbaycanlıları üçün yeni bir fəaliyyət konsepsiyasının mexanizmini ortaya qoydu.

Bunu Qurultayla bağlı fikir və mülahizələrini AzərTac-la bölüşən İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) qadınlar təşkilatının rəhbəri Nebahat Kirman deyib. O vurğulayıb ki, Azərbaycan diasporunun tanınmış simalarının dövlətimizin başçısı tərəfindən təltif edilməsi bir tərəfdən hər kəsin zəhmətinə verilən ədalətli qiymətdirsə, başqa bir tərəfdən bütün soydaşlarımızda, həmçinin Azərbaycanı təmsil edən şəxslərdə dövlətimizə olan inam və etimadı daha da artırdı. N. Kirman bildirib: "Hamımızın böyük sevinclə qarşıladığımız bir həqiqət var: indi hər bir azərbaycanlının arxasında onun tam şəkildə güvənə biləcəyi qüdrətli Azərbaycan dövləti dayanır. Prezident İlham Əliyev açıq formada bildirdi ki, bu dövlətin gücünün artmasında və tanınmasında hər bir azərbaycanlı mənəvi məsuliyyət daşıyır. Əminəm ki, Azərbaycanı xarici ölkələrdə təmsil edən soydaşlarımız, o cümlədən bütün Azərbaycansevərlər bu həqiqətin işığında daha sıx birləşəcəklər".

Tarix
2016.06.28 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla