Yuxarı

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi

Cəlilabadda 15 yaşlı qızla evlənən şəxs həbs edilib.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, rayon sakini olan 21 yaşlı Vüqar Həmidov (adı və soyadı şərtidir) 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğu üçün məsuliyyətə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və ya seksual hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Mətanətlə (şərti adla) İnstaqram sosial şəbəkəsində tanış olub. Sonradan onlar arasında sevgi münasibətləri yaranıb və Bakıda görüşüblər. Onların ilk intim əlaqəsi Cəlilabad rayonunun kəndlərinin birində qeydə alınıb. Bu hadisədən sonra onlar evlənməyə qərar veriblər. Lakin qızın ailəsi yaşının az olmasına görə bu izdivaca razı olmayıb. Nəticədə Mətanət Vüqara qoşularaq qaçıb. Qızın anası onların yaşadığı evə gəlsə də, Mətanəti apara bilməyib. Sonradan ailələrin razılığı ilə Vüqargilin həyətində el adəti ilə toy təşkil olunub və cütlüyün qanunsuz evliliyi baş tutub.

Hadisə ilə bağlı Vüqar Həmidov saxlanılıb. Qızın anası ifadəsində Vüqara qarşı şikayət və tələbinin olmadığını bildirib. Həmçinin Vüqarın anası da Mətanət 18 yaşına çatandan sonra rəsmi nikah bağlanacağını deyib.

Məhkəmənin qərarı ilə V.Həmidov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2026.07.30 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla