Yuxarı

18,5 kq marixuana və 1435 ədəd təsiredici həb aşkarlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
18,5 kq marixuana və 1435 ədəd təsiredici həb aşkarlandı

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə qarşı əməliyyatlar davam etdirilir.

Axar.az xəbər verir ki, paytaxtın Binəqədi və Yardımlı rayonunda keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstə üzvləri - əvvəllər məhkum olunmuş Malik Rəsulov, Şahin Hüseynzadə, Ayxan Rüstəmzadə və Surac Məmmədli saxlanılıblar. Onlara məxsus mənzil və avtomobildən 18 kq 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və ölkəyə yeni gətirilən 1 435 ədəd güclü təsiredici gabapentin həbi aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2025.08.19 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla