Yuxarı

Ağsuda itkin düşən məktəbli tapıldı - Polisdən xəbərdarlıq

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağsuda itkin düşən məktəbli tapıldı - Polisdən xəbərdarlıq

Bir neçə gün əvvəl ailəsindən xəbərsiz yaşayış yerini tərk edən Ağsu şəhər 3 saylı tam orta məktəbin şagirdi tapılıb.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev hadisənin təfərrüatını açıqlayıb.

Xidmət rəisinin sözlərinə görə, skuterlə naməlum istiqamətə gedən məktəbli müəlliminə valideyninin adından mesaj yazıb.

“Uşaqlarınızı nəzarətsiz qoymayın: həyəcanlı axtarış “dərs”ə çevrildi

Skuterlə naməlum istiqamətə getmişdi. Məktəbli anasının telefonundan müəlliməsinə “xəstələnib, dərsə gəlməyəcək” mesajı yazmışdı. Polis o uşağın tapılması üçün bir neçə saat davam edən həyəcanlı tədbir keçirdi və bu, bütün valideynlərə dərs olmalıdır.

Məlum olub ki, uşaq rayona yaxın kəndin meşəlik ərazisinə evdən götürdüyü örtüklə “piknik” etməyə gedib. Fərqinə varmayıb ki, rayon polisinə həyəcan siqnalı verilib. Uşaqları nəzarətsiz qoymayın, müəllimləri ilə ünsiyyətinizi diqqətdə saxlayın, əziz valideynlər”, – deyə Elşad Hacıyev bildirib.

Tarix
2025.09.29 / 00:40
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla