Yuxarı

Xaçmazdakı qətlin təfərrüatı: Anasını buna görə öldürüb...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçmazdakı qətlin təfərrüatı: Anasını buna görə öldürüb...

Xaçmaz rayonunun Çaykənarı kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, oktyabrın 29-da bıçaqlanan Çaykənarı kənd sakini Həqiqət Tərlan qızı Məmmədova təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı çoxlu qan itirən 42 yaşlı qadın həkimlərin səyinə baxmayaraq, bir gün sonra xəstəxanada dünyasını dəyişib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatoloqu Orxan Şeydayev bildirib ki, oktaybrın 29-u saat 19:30 radələrində 1983-cü il təvəllüdlü şəxs (qadın) tibb müəssisəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin, qarının ön divarının kəsilmiş-deşilmiş yaraları, daxilə nüfuz etməklə, sol dirsək oynağı, sağ saidin, sol əlin ovuc hissəsinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, oktyabrın 30-da saat 19:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Mərhumun 17 yaşlı oğlu hadisəni törətməkdə şübhəli bilinərək, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mərhumun qohumları bildiriblər ki, ana və övladı arasında münaqişə telefon üstündə başlayıb. Yeniyetmə anasının telefon işlətməsinə qarşı olub, bu səbəbdən mütəmadi mübahisələr yaranıb. Aralarındakı sonuncu mübahisədən sonra Həqiqət Məmmədova yaşadığı evdən çıxaraq kənddəki qohumunun evinə gedib. Bir müddət sonra yeniyetmə həmin evə hücum edərək anasına çoxsaylı bıçaq zərbələri vurub.

Hadisə şahidi Züleyxa İsgəndərovanın sözlərinə görə, mərhum Qusarda meyvə bağlarında briqadir kimi çalışırdı. Hadisə baş verən gün H.Məmmədova işdən gəlib çay dəmləmək istəyib. Bu zaman gözlənilmədən evə daxil olan yeniyetmə anasına çoxsaylı bıçaq zərbələri vurub. “Qusardan işdən gəlmişdi. Çay hazırlayırdı. Birdən qışqırdı ki, xala qoyma, kömək elə. Mən də divanda oturmuşdum, xəstə adamam. İçəri girən kimi anasını bıçaqladı. Stulu başına vurdum ki, buraxsın bıçağı əlindən. Stul belinə dəydi, bıçağı atıb çıxıb getdi”,-deyə hadisə şahidi söyləyib.

Qətlə yetirilən qadının 2 oğul övladı var. Hadisəni ailənin kiçik övladı törədib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başladılıb, istintaq araşdırmaları aparılır.

Tarix
2025.10.31 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla