Yuxarı

DTX-dən əməliyyat: külli miqdarda narkotik ələ keçirildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
DTX-dən əməliyyat: külli miqdarda narkotik ələ keçirildi

Külli miqdarda narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axar.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurla davam etdirilir.

Əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı ilə cinayətkar əlaqəyə girərək qaçaqmalçılıq yolu ilə həmin ölkədən Azərbaycan Respublikası ərazisinə satış məqsədilə keçirilmiş xeyli miqdarda “Metadon” M-40 həbləri və qurudulmuş marixuananı cari ilin 11 aprel tarixində Beyləqan rayonu ərazisindən Bakı şəhərinə apararkən 12.08.1994-cü il təvəllüdlü Qoca Mikayıl oğlu Orucov saxlanılıb.

Keçirilmiş baxış zamanı ümumi çəkisi 16 kq 700 qr olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb.

DTX İstintaq Baş İdarəsi tərəfindən Q.Orucov AR Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2026.04.18 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla