Türkiyəli məşhur aktyor və aparıcı Vətən Şaşmazın öldürülməsindən sonra türkiyəli məşhurlar öz təəssüratlarını sosial şəbəkələrdə bölüşüblər.
Kult.az aparıcı ilə bağlı türkiyəli məşhurların sosial şəbəkələrdə paylaşdıqlarını təqdim edir.
Müğənni və aktrisa Gülbən Ərgən: “Bu necə bir sevgidir?! Bu, sevdiyini kürəyindən vurub, sonra da onu öldürəcək qədər bir şiddətin nəticəsidir. Çox kədərliyəm”.
Müğənni Mustafa Sandal: “Üç gün əvvəl qucaqlaşıb dərdləşmişdik. İndi acı xəbərini eşitdim. Allah rəhmət eləsin, sevənlərinin başı sağ olsun”
Müğənni Əbru Gündəş: “İnanmıram, inanmaq da istəmirəm”.
Müğənni Demet Akalın: “Biri mənə bunun doğru olmadığını desin, yalvarıram”.
Müğənni Sıla Gəncoğlu: “Əngin, canım Əngin... Bir daha həqiqi mənada uşaqlar eşitməyəcək...”
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonundakı otellərin birində aparıcı Vətən Şaşmazın meyiti tapılıb. Onun odlu silahla vurulduğu məlum olub. Aparıcı ilə bir otaqda olan keçmiş model Filiz Akelin Vətən Şaşmazı vurduqdan sonra özünün də intihar etdiyi iddia edilir.