Yuxarı

Polisdən uğurlu əməliyyat: 12 kq narkotik ələ keçirildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 12 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə, həmçinin güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Mikayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədovun üzərinə baxış keçirilib. Bu zaman heroin, həmçinin “Zastava-M70” markalı avtomat, 1 patron darağı və 25 patron aşkar edilərək götürülüb.

Onun narkotiki və odlu silah-sursatı əldə etdiyi Füzuli adlı şəxs də müəyyənləşib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Mikayıllı kənd sakini Füzuli İbişovun evinə baxış keçirilib. Oradan 5 avtomat patronu, 4 kiloqram 165 qram heroin, 6 kiloqram 725 qram həşiş və bir elektron tərəzi aşkar edilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Teymur Dövlətovun yaşadığı evə, həmçinin “VAZ-2107” markalı avtomobilinə baxış keçirilib. Oradan yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitələr - tiryək, heroin, metadon və güclü təsiredici psixotrop tərkibli 56 ədəd “Klonazepam”, 2 ədəd “Tramadol”, 3 ədəd “Preqabalin” həbləri aşkar edilərək götürülüb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları isə Quba rayon sakini, əvvəllər məhkum olunmuş Şaiq Fətəliyevdən 10 qram marixuana götürüblər. Əməliyyat tədbirləri ilə onun narkotiki aldığı şəxs də müəyyən edilib. Narkotik vasitəni satmaqda şübhəli bilinən Qımıl-Qışlaq kənd sakini, əvvəllər məhkum olunmuş Həzrət Əkbərov saxlanılıb. Baxış zamanı onun üzərindən marixuana aşkar edilib. Həmin şəxsin evindən isə əlavə olaraq 420 qram marixuana götürülüb.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Çingiz Bədəlovdan 457 qram marixuana müəyyən edilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Tarix
2018.02.01 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

Fransada müəmmalı ölümlər: Makronun arvadının sirli işləri

Şaranın Azərbaycan səfəri: Vacib olan məqamlar hansılardır?

Şaranın Azərbaycana səfəri başa çatdı

AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla