Yuxarı

Dilqəm Əhmədin Cümhuriyyət sərgisi “Şərq”də - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Şərq" qəzetinin redaksiyasında yaradılmış Mətbuat Tarixi Muzeyində araşdırmaçı- jurnalist Dilqəm Əhmədin Cümhuriyyət sərgisi keçirilib.

Kult.az xəbər verir ki, "Şərq” qəzetinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi "Cümhuriyyətçi jurnalistlər" layihəsi çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Xalq Cümhuriyyəti dönəminə aid sənədlər, fotolar nümayiş olunub.

Akif Aşırlı sərgini açıq elan edərək, Dilqəm Əhmədi redaksiya əməkdaşlarına və sərgi iştirakçılarına təqdim etdi:

"D.Əhməd Azərbaycan Xalq Cümhuriyyəti dövrünün araşdırmaçılarından biridir. Bu şanlı tariximizlə bağlı olan nadir foto və sənədlərin, arxiv materiallarının nüsxələri Dilqəm bəyin kolleksiyasında mövcuddur. D.Əhməd İstanbulda təhsil alıb, Türkiyəyə getməzdən əvvəl də tarixi sənəd və fotolar toplayırdı. Ayrı-ayrı tarixi şəxiyyyətləri, önəmli hadisələri araşdıran D.Əhməd bu materialları qələmə alaraq kitablar da çap etdirib və mətbuatda müxtəlif məqalələrlə çıxış edib.

D.Əhməd İstanbulda təhsil aldığı müddətdə və sonra əldə etdiyi orijinal sənədlər, eksponatlar hesabına formalaşdırdığı kolleksiyasını müxtəlif zamanlarda sərgilər təşkil edərək, insanlara nümayiş etdirir. Bu mənada mən də ona belə bir sərgini, Azərbaycan Nəşriyyatında, "Şərq" qəzeti redaksiyasında həyata keçirməyi təklif etdim. Çox sağ olsun ki, təklifimizi qəbul etdi. Hər birimizin Cümhuriyyət qurucularına mənəvi borcumuz var. Lakin bu kimi sərgilərin təşkil olunması, tarixi əks etdirən materialların toplanması maddi cəhətdən çətin prosesdir. D.Əhmədin təqdim etdiyi kolleksiyada Azərbaycan Cümhuriyyəti dövrünə aid orijinal fotolar, Məhəmməd Əmin Rəsulzadənin məktubları, qəzet və jurnallar toplanıb. Ümumiyyətlə, Cümhuriyyət dönəminə məxsus ən kiçik sənəd və ya eksponat bizim üçün çox böyük dəyər hesab olunmalıdır".

Ardınca çıxış edən D.Əhməd Azərbaycan Cümhuriyyətinin 100 -cü il dönümü münasibətilə müxtəlif məkanlarda sərgilər təşkil etdiyini söylədi. Daha sonra o sərgidəki bütün foto və sənədlər barədə ətraflı məlumat verdi.

Sonda A.Aşırlı bu sərginin "Şərq" qəzeti redaksiyasında keçirilməsi ilə bağlı təklifini qəbul etdiyi üçün D.Əhmədə minnətdarlıq ifadə etdi.

Tarix
2018.05.02 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü

Rəfiyev Ukraynanın bərpası konfransına qatılacaq

Rusiyada həbs edilən azərbaycanlılarla bağlı yeni xəbər

Əliyevlə Paşinyanın görüşü niyə BƏƏ-də keçirilir?

Səbinə Əliyevadan bu cavabı gözləyirəm - Moskalkova

İlham Əliyev BƏƏ-də səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla