Yuxarı

Aşıq sənəti Xanları ikinci dəfə itirdi – Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:31

Azərbaycanın ustad aşıqlarından olan Aşıq Xanların oğlu Aşıq Azər Xanlaroğlu dünyasını dəyişib.

Kult.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Ehtiram İlham yayıb. Onun ötən gün ağır vəziyyətdə yerləşdirildiyi Mərkəzi Neftçilər Xəstəxanasından səhər saatlarında vəfat etdiyi bildirilir.

***

Aşıq Azərlə vida mərasimi bu gün saat 13:00-da ailənin Badamdar qəsəbəsində yerləşən evində təşkil edilib.

Vida mərasimindən sonra mərhun nəşi Qurd Qapısı qəbiristanlığında, atası Aşıq Xanlar Məhərrəmovun yanında dəfn ediləcək.

***

Azər Məhərrəmov 1982-ci ildə dünyaya gəlib. Məşhur aşıq Xanlar Məhərrəmovun ailəsində göz açan Azər uşaqlıqdan sazın sirlərinə yiyələnib.

1999-cu ildə, Aşıq Xanlar Məhərrəmovun 49 yaşında gözlənilmədən vəfat etməsindən sonra atasının məşhur sazını yaşadıb, bir sıra müsabiqələrin qalibi olub, Azərbaycan aşıq sənətinin xaricdə təbliğində iştirak edib.

Aşıq Azər Xanlaroğlu 2016-cı ildən Hepatit B xəstəliyindən əziyyət çəkirdi. Həmçinin aşığın ayağında varikoz genişlənməsi yaranmışdı. Aşıq xəstəlikləri ilə əlaqədar dəfələrlə Rusiyada, Türkiyədə müalicə edilsə də, ciddi nəticə əldə olunmamışdı.

8 və 4 yaşında iki övladı var.

Tarix
2018.05.12 / 15:03
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır - Şok iddia

Sülh üçün sonuncu maneə...

Əliyev Qərbin təzyiq sistemini çökdürdü

Əliyev BƏƏ prezidentini Azərbaycana dəvət etdi

İlham Əliyev BƏƏ prezidentinə zəng etdi

Ərdoğan kabinetin iclasını çağırır: Vaşinqton sazişi

907-ci düzəlişin ləğvi tarixi ədalətin bərpasıdır! – Vəliyev

İlham Əliyev Şahbaz Şərifə zəng etdi

Zelenski İlham Əliyevi təbrik etdi

Tokayev İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla