Yuxarı

Ağdam məcburi köçkün məktəbində Bayraq Günü - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayon 58 saylı məcburi köçkün ümumi orta məktəbində 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq milli qürurumuzdur” adlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, II-IV azkomplektli sinifin rəhbəri ibtidai sinif müəllimi Samir Abbaslının təşkil etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlanıb. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək Dövlət Bayrağı günü haqqında məlumat verib. Bayraq sözünün etimologiyası, Ulu Öndər Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasət, Azərbaycan bayrağının keçdiyi tarixi yol haqqında qısa məlumat verilib. Bayrağın dövlət suverenliyimizin rəmzi, milli dəyərimiz olduğu bildirilib. Onun yaranma tarixi, üzərindəki rənglərin anlamı və 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayraq meydanında dünyanın ən böyük bayrağının dalğalanmasından danışılıb. Bildirilib ki, Prezident İlham Əliyevin 2009 - cu il noyabrın 17- də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamından sonra noyabrın 9-u Dövlət Bayrağı günü qeyd olunur.

Tədbir zamanı şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyib, səhnəciklər təqdim edib, mahnılar ifa ediblər.

Tarix
2018.11.09 / 10:33
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?

Bayramov İsrailin yeni səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla