Yuxarı

Azərbaycan qədim xəritələrdə - Rus alimdən sensasion video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədqiqatçı Oleq Petrenko Azərbaycan tarixinə dair faktların və xəritələrin araşdırılmasını davam etdirdiyi növbəti videonu Yutub kanalında yerləşdirib.

Kult.az xəbər verir ki, bu dəfə tədqiqatçı Azərbaycanın qədim tarixi barədə real faktları təqdim edib, həmçinin uzun illər ərzində bu faktların kimlər tərəfindən məhv edilməyə çalışıldığını açıqlayıb.

Bu xəritələr bütün muzeylərdən yoxa çıxıb, ancaq yenə də nadir ödənişli kitabxanalarda onlardan bəzilərinə rast gəlmək olar:

1360

Petrenkonun sözlərinə görə, İran ərazisi Cəlairilər tərəfindən ələ keçirildiyi dövrdə Azərbaycan dövləti artıq mövcud idi.

Azərbaycan xanlıqlarının xəritəsi

Bu xəritədən göründüyü kimi, Dərbənd, Quba, Bakı, Şirvan, Şəki, Gəncə, Qarabağ, Muğan düzü, Talış və s. – Azərbaycan xanlıqlarıdır. Qeyd edək ki, bu xəritə 1800-cü illərə aiddir.

Qafqaz regionunun xəritəsi

Bu xəritədə dövlətin 1801-1813-cü illərdəki sərhədi göstərilib. Burada biz qədim Azərbaycanın sərhədlərini görürük.

Tartariya sərhədləri

Bu xəritədə biz Azərbaycan dövlətini görürük. Hadisələr XIII əsri əhatə edir.

Birinci Pyotrun əmri ilə hazırlanmış xəritə

Bu xəritədə Azərbaycanın yuxarıdakı (şimal) əraziləri Şirvan dövləti kimi qeyd olunur (Şirvan regionu və Midiya).

Tədqiqatçının sözlərinə görə, buna səbəb o dövrdə hər bir xanlığın regionu öz xanlığının adı ilə adlandırması olub.

“Bizə qədər Atropatena, Atrepatian, Aderbaycan, Azərbaycan, Midiya, Şirvan və digər başqa şəkillərdə adların çatması təbiidir”, - Petrenko deyir.

Məsələn, 2018-ci ildəki bir məqalədə Hollandiya alimləri bölgələrinin tarixən necə adlandırıldığını başa düşmək üçün baş sındırırlar. “Daç”, ya “Niderland”, ya da “Hollandiya” – müxtəlif xəritələrdə müxtəlif adlar var.

1719-cu ilin xəritəsi

Bu xəritədə Azərbaycan dövləti Şirvan və ya Midiya kimi göstərilib. Dövlətin paytaxtı Baka və ya Bakı adlanır. Hətta Xəzər dənizi də fərqli bir ada sahibdir – Gilan dənizi.

Nümunə kimi XV əsrin xəritəsini də göstərmək olar. Bu xəritədə Rusiya dövlətinin adı Böyük Tartariya və ya Qızıl Orda kimi göstərilib.

Londonun Krallıq Coğrafiya Cəmiyyətində Azərbaycan dövlətinin qədim təsviri var. Krallıq cəmiyyətində saxlanılan bu sənədlərə əsasən Azərbaycan dövlətinin ölçüləri bu ölkənin müasir ərazisindən iki dəfə böyükdür. Kitabda Azərbaycanın dəqiq sərhədləri, həmçinin dini tərkibi göstərilib.

Şirvan, Atropatena və Midiyanın eyni dövlətin müxtəlif adları olduğunu nəzərə alaraq, bu xəritədə bütün bu adları özündə birləşdirən qədim Azərbaycanın sərhədlərinə diqqət yetirin:

İndi isə Azərbaycanın təsvir edildiyi ən qədim xəritəyə nəzər salaq.

Bu romalıların b.e.ə I əsrə qədərki coğrafi biliklərini əks etdirən və imperator Oktavian Avqust üçün hazırlanmış xəritənin orijinalıdır. YUNESKO bu xəritəni “Dünyanın yaddaşı” siyahısına daxil edib. Bu xəritədə İran, Hiberiya və Atropatena kimi dövlətlərin adları var. Qeyd edək ki, Atropatena qədim Azərbaycanın adlarından biridir.

Daha sonra tədqiqatçı videoda Uinston Çörçilldən sitat gətirir: Əgər neft kraliçadırsa, Bakı onun taxtıdır!

“Bildiyimiz kimi, II Vilhelm 1914-cü ildə I Dünya müharibəsinə başladı. O dövrdə Qacarlar sülaləsindən olan fars şahzadəsi Feyzulla Qacar (1872-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olub) Rusiya İmperator Ordusunda, həmçinin, Azərbaycan Demokratik Respublikasının ordusunda komandir olub. O, Rusiyanı müharibənin ilk aylarından xilas edən həmin azərbaycanlıdır. Ukrayna və ukraynalılar üçün məhz azərbaycanlı Feyzulla Qacar Lvov şəhərini II Vilhelmin ordusunun hücumundan xilas edib”, - Petrenko qeyd edib.

Tarix
2019.03.15 / 11:20
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Ermənilərdən “Dubay şokoladı” ilə bağlı şok: Şuşa detalı - Foto

İlham Əliyev Roma Papasına məktub göndərdi

Prezident təsdiqlədi: onlara 6 min manat ödəniləcək

Bu proseslər sülhə ciddi təhdidlər yaradır

Azərbaycanla danışıqlarda səhv etdim - Paşinyan

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Sülh sazişinin gizlədilən hissəsi... - Sensasion iddia

Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir?

Ceyhun Bayramov Serbiyaya getdi

İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan…

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla