Yuxarı

Müşfiqin abidəsi bu cür aşırıldı, etiraz yarandı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:24

Bakının Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində görkəmli şair Mikayıl Müşfiqin abidəsi yenilənib.

Bu barədə Kult.az-a Müşfiqabad qəsəbəsi sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, bir neçə gün öncə qəsəbədə köhnə abidənin yanında mərmərdən hazırlanmış yeni abidə qoyulub və artıq yararsız olan köhnə abidə sökülüb.

Qeyd edək ki, abidənin aşırılması görüntüləri ciddi narazılığa səbəb olub. Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov abidənin aşırıldığını əks etdirən görüntülər barədə danışarkən Report-a bildirib ki, əvvəlki abidə yararsız halda olub:

“Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb”.

Şöbə müdiri abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib:

“Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”.

Köhnə abidənin aşırılmasına münasibət bildirən Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib ki, sözügedən büst qeydiyyatda olan tarixi abidə deyildi:

“Sadəcə olaraq, 1990-cı illərdə həmin parkda böyük şairin büstü qoyulub. Bu büst vaxtilə gips və betondan hazırlanıb. Sentyabr ayında Qaradağ Rayon İcra Hakimiyyəti Mədəniyyət Nazirliyinə müraciət edərək həmin parkda əsaslı təmir işlərinin aparılması və bunun üçün orada heç də yaxşı görkəmdə olmayan, təxminən, yararsız vəziyyətdə olan büstün yerinə qranit materialdan yeni və keyfiyyətli büstün hazırlanıb qoyulmasını təklif ediblər. Bizim tərəfimizdən bu müraciətə müsbət cavab verilib. Təbii ki, o büstün hansı vəziyyətdə olmasından asılı olmayaraq, videogörüntülərdə əks olunduğu kimi götürülməsi heç də təqdirəlayiq hal deyil. Çünki o büstü oradan başqa formada da götürə bilərdilər. Bir daha qeyd edirəm ki, büstün videogörüntülərdə əks olunduğu kimi oradan götürülməsi bizim tərəfimizdən də müsbət qarşılana bilməz”.

İ.Hümbətov parkın müasir görkəmdə əsaslı təmir olunduqdan sonra orada böyük şair Mikayıl Müşfiqin adına layiq qranitdən gözəl bir büstünün qoyulacağını bildirib.

Sakinlər isə yeni abidə qoyulandan sonra köhnə abidənin söküldüyünü bildiriblər.

Qeyd edək ki, videoda da yeni abidənin sökülən abidənin yaxınlığında olduğu görünür.

Tarix
2019.10.02 / 16:53
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla