Yuxarı

“Sirlərin sərgüzəşti” bu gün üzə çıxır – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sirlərin sərgüzəşti” bu gün üzə çıxır – Foto

Bu gün saat 18:00-da Bakı Kitab Mərkəzində xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanının imza günü və təqdimatı keçiriləcək.

Kult.az xəbər verir ki, yazıçının sayca dördüncü romanı olan bu əsər “Azərnəşr”də işıq üzü görüb. Əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı şəklində qurulub.

Kitabın redaktoru və ön sözün müəllifi Əlövsət Ağalarov əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmadığını qeyd edərək, bu kitabın Kamal Abdullanın digər kitabları kimi, uzun ömür sürməyə haqqı olan böyük yaradıcılıq nümunəsi kimi qiymətləndirib.

Kitabda xalq yazıçısı Kamal Abdullanın ədəbi və elmi yaradıcılığı haqqında Franko Kardini (İtaliya), Anastasiya Yermakova (Rusiya), xalq yazıçısı Anar və akademik İsa Həbibbəyli (Azərbaycan), Arif Acaloğlu (Türkiyə), Lüdmila Lavrova (Rusiya) və Maks Statkeviçin (ABŞ) fikirləri də yer alıb.

Qeyd edək ki, “Sirlərin sərgüzəşti” müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarından sonra sayca dördüncü romanıdır. Əsərin iki fəsli bir müddət əvvəl “Ədəbiyyat qəzeti”ndə çap olunub.

Tarix
2019.12.02 / 14:48
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi

Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video

Bakıda mühüm iclas başladı

Liderlər İlham Əliyevi təbrik edir

Putin Azərbaycanı təbrik etdi

Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...

Əliyevin imtinasına Kremldən reaksiya

Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü

İbrahim və Mkrtçyan ABŞ-da görüşdü

Ərdoğanın müavini Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla