Yuxarı

Azərbaycan bunu bacaran ilk türk respublikasıdır - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bunu bacaran ilk türk respublikasıdır - Foto

AMEA-nın Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Azərbaycan Xalq Cümhuriyyətinin Paris sülh konfransı Ali Şurası tərəfindən de-fakto tanınmasının 100 illiyi qeyd olunub.

İnstitutdan Kult.az-a verilən məlumata görə, tədbir çərçivəsində Xalq Cümhuriyyətinin de-fakto tanınmasına həsr olunan videoçarx nümayiş etdirilib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Cümhuriyyət dünya tarixinin ən demokratik dövlət qurumlarından biri idi:

“Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Xalq Cümhuriyyəti dövründə verilib. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib”.

Akademik deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasının ilk respublikasıdır. 1920-ci ilin yanvarında Paris sülh konfransında Xalq Cümhuriyyətinin siyasi cəhətdən tanınması, Əlimərdan bəy Topçubaşov başda olmaqla, Azərbaycan nümayəndə heyətinin, bütövlükdə, Cümhuriyyət hökumətinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Azərbaycan Versal Ali Şurasının tanıdığı ilk türk və müsəlman respublikası idi. Cümhuriyyət sayəsində Azərbaycan Sovet imperiyasının tərkibinə vilayət kimi yox, respublika kimi daxil edilib.

Tədbirdə o da vurğulanıb ki, Parisdəki Azərbaycan nümayəndə heyətinin qarşısında duran mühüm məsələlərdən biri ermənilərin qondarma “Böyük Ermənistan” iddialarına qarşı mübarizə idi.

Elmi Şuranın iclasında həmçinin tarixçi alimlər Kamran İsmayılov və Natiq Məmmədzadənin mövzu ilə əlaqədar məruzələri dinlənilib.

Tarix
2020.01.16 / 14:27
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

İlham Əliyev onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla