Yuxarı

Koronaya görə qurulan dispenserlər bu hala salındı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronaya görə qurulan dispenserlər bu hala salındı - Foto

Ölkədə koronavirusun yayılması səbəbilə ictimai nəqliyyatda gigiyenik qaydalar nəzərə alınaraq quraşdırılmış kiçik həcmli dispenserlər yararsız hala salınıb.

Axar.az xəbər verir ki, spirt və xüsusi dezinfeksiyaedici məhlul üçün nəzərdə tutulmuş dispenserlərin qapaqları çıxarılıb, bərkidildiyi yer boşaldılıb.

Məsələ ilə əlaqədar saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, avtobuslara quraşdırılan sözügedən dispenserləri yararsız hala salan şəxslər kameralarla müəyyən edilib.

“Ancaq bizim məqsədimiz cəzalandırmaq deyil. Düşünürük ki, ictimai qınağa nail olmaqla bu kimi xoşagəlməz halların aradan qalxmasına nail ola bilərik. Bir daha sizin vasitənizlə əhaliyə və bunu edənlərə müraciət edərək, bildirmək istəyirik ki, belə hərəkətlərdən çəkinsinlər. Sərnişinlərimizi də belə hallara qarşı ictimai qınaq mövqeyində durmağa çağırırıq”, - o deyib.

Qurum sözçüsü bildirib ki, tam yararsız hala düşmüş dispenserlər yeniləri ilə əvəz ediləcək.

Tarix
2020.03.26 / 12:21
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla