
Paşinyandan 1 həftə sonra erməni nazir də Türkiyəyə gedir
10:54
Ana səhifə Hadisə |
![]() ![]() ![]() ![]() |
Salyanda jurnalist vəfat edib.
Axar.az-ın Report-a istinadən məlumatına görə, tanınmış publisist-jurnalist Fəxrəddin Becan oğlu Fərzəliyev bu gün axşam saatlarında 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, əslən Qərbi Azərbaycandan olan Fəxrəddin Fərzəliyev 1951-ci ildə Salyan rayonunun Xalac kəndində doğulub. O, əvvəlcə BDU-nun kimya, sonra isə jurnalistika fakültəsini bitirib. 1975-ci ildən Salyanda çıxan “Qələbə” qəzetinin şöbə müdiri, uzun illər isə redaktor müavini işləyib.
F.Fərzəliyev təqaüdə çıxmasına baxmayaraq, “Aysberq” müstəqil qəzetini çıxarırdı. O, 6 kitabın müəllifi, 50-dən çox kitabın redaktoru olub.
Allah rəhmət eləsin!
Tarix
2021.08.08 / 00:25
|
Müəllif
Axar.az
|