Yuxarı

Şəki sakini çaqqalın hücumuna məruz qaldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəki sakini çaqqalın hücumuna məruz qaldı

Şəki sakini çaqqalın hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, hadisə rayonun Böyük Dəhnə kənd ərazisində baş verib.

Belə ki, 64 yaşlı kənd sakini Nəsir İsmayılov axşam saatlarında mal-qaranı örüşdən evə gətirən zaman qarşısına çaqqal çıxıb. Vəhşi heyvan əvvəlcə mal-qaraya, daha sonra ona hücum edib. Nəsir İsmayılov mal-qaranı çaqqaldan mühafizə edərkən vəhşi heyvan ona sağ ayağının baldır nahiyəsindən xəsarət yetirib.

Kənd sakini özünü çaqqaldan müdafiə etməyə başlayıb və nəticədə onu öldürüb.

Son anda hadisə yerinə yetişən digər sakinlərin köməyi ilə Nəsir İsmayılov dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib. İlk növbədə quduzluq əleyhinə peyvənd vurulub.

Bir müddət xəstəxanada həkim nəzarətində qalan Nəsir İsmayılov daha sonra müalicəsini ambulator şəraitdə davam etdirmək şərti ilə evə buraxılıb.

Tarix
2024.07.20 / 00:46
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla