Yuxarı

Naxçıvanda baş verən yanğınlar söndürüldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda baş verən yanğınlar söndürüldü

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Sərxanlı, Şahbuz rayonunun Şada kəndlərində biçilmiş taxıl sahələrində, Babək rayonunun Kərimbəli kəndində və Sədərək rayonunda quru otlaq sahələri, Babək rayonunun Qoşadizə məhəlləsində isə həyətyanı sahədə yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, məlumatlarla əlaqədar dərhal Şərur, Şahbuz, Babək və Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisələri nəticəsində Babək rayon Kərimbəyli kəndində 175 m² sahə, Sədərək rayon Sədərək kəndində 500 m² sahə yanıb, 500 m² sahə yanğından mühafizə edilib. Şərur rayon Sərxanlı kəndində 2000 m² biçilmiş taxıl sahəsi yanıb, 8000 m² sahə yanğından mühafizə edilib. Babək rayon Kərimbəyli kənd isə 200 m² sahə yanıb.

Tarix
2024.08.30 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla