Yuxarı

Türkiyə vətəndaşı Kəngərlidə ağır qəza törətdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə vətəndaşı Kəngərlidə ağır qəza törətdi

Kəngərli rayonunda ağır yol qəzası baş verib.

Axar.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Qıvraq qəsəbəsi ərazisində qeydə alınıb. Yol kəsişməsində Türkiyə vətəndaşı Zahir Güclünün idarə etdiyi 01-DMN-70 nömrəli "Mersedes" markalı yük avtomobili ilə 74-BD-152 dövlət nömrəli "Mercedes" markalı minik avtomobili toqquşub. Hadisə zamanı minik maşınının sürücüsü Kəngərli rayon Qıvraq qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rzayev Nəsimi Nizaməddin oğlu və onun həyat yoldaşı, 1982-ci təvəllüdlü Rzayeva Günay Ələkbər qızı xəsarət alıblar.

Hadisə yerinə gələn Kəngərli rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin qəza xilasetmə bölməsi tərəfindən yaralılar xilas edilib. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, sürücü N.Rzayev koma vəziyyətindədir, G.Rzayevanın isə vəziyyəti orta-ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.02.04 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda iki rəis vəzifəsindən azad olundu

Azərbaycanla Rusiya arasında kritik görüş

Köçəryan Azərbaycanla bağlı "vəd" verdi

İqor Babuşkin Mehriban Əliyevaya məktub göndərdi

Nizami Gəncəvi Mərkəzinin üzvlərindən məktub

20 yaşlı gənc bu gün ADU-ya rektorluq etdi - Foto

Bu ölkə prezidenti İlham Əliyevi səfərə dəvət etdi

Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

Afrika Günü ilə bağlı konfrans keçirildi

Rubionun İrəvan səfərində gizli missiyası: ABŞ-ın planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla