Yuxarı

"Siemens"in rəhbərlərindən biri və ailə üzvləri qəzada həlak oldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Siemens"in rəhbərlərindən biri və ailə üzvləri qəzada həlak oldu

00:47

ABŞ-ın Nyu York şəhərində helikopter Hudzon çayına düşüb.

Axar.az xəbər verir ki, bu barədə Nyu York polisi məlumat verib.

Qəza nəticəsində üç nəfərin öldüyü bildirilib.

Hazırda polis və xilasetmə qayıqları hadisə yerindədir.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.

***

Helikopterin Hudzon çayına düşməsi nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.

Məlumata görə, polis təyyarənin göyərtəsində pilot, 3 uşaq və 2 böyükdən ibarət ailənin olduğunu açıqlayıb. Ailə İspaniyadan gəlmiş turistlər olub. Helikopter qəzadan əvvəl 12 dəqiqə havada olub.

Hadisənin başvermə səbəbi araşdırılır.

***

Nyu Yorkda helikopterin çaya düşməsi nəticəsində Almaniyanın "Siemens" konserninin İspaniya üzrə filialının rəhbəri Aqustin Eskobar, onun həyat yoldaşı və üç övladı həlak olub.

Bu barədə "Nyu York Post" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbə A.Eskobar və onun ailəsinin helikopterin önündən çəkilmiş son fotolarını da dərc edib.

Helikopterin pilotunun kimliyi hələ müəyyən edilməyib.

Tarix
2025.04.11 / 09:27
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın İrana zərbə qərarı: ABŞ bu ölkələri “itirir”

İlham Əliyev Xurelsuxaya məktub göndərdi

Zakir Həsənov Ərdoğanla eyni tədbirdə - Foto

Trampın Xameneinin dəfni ilə bağlı tələbi...

İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bakı bu ölkədə "ASAN xidmət"ə dəstək verəcək

Erməni cinayətkarların apellyasiya məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla