Yuxarı

Masallıda məktəbli qızlar arasında kütləvi dava...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masallıda məktəbli qızlar arasında kütləvi dava...

01:39

Masallı rayonunda məktəblilər arasında insident olub.

Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə rayonun Şərəfə kənd tam orta məktəbində qeydə alınıb.

Məlumata əsasən, məktəbdə təhsil alan bir neçə qız şagird kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli qızı döyərək ona xəsarətlər yetiriblər. Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkən 2009-cu il təvəllüdlü qızın sol bud və kürək nahiyəsində zədələr aşkarlanıb. Ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Masallı rayonu Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında mübahisə yaranıb.

Bu barədə APA-ya Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, mübahisə zamanı şagirdlərdən biri xəsarət alıb. Zərərçəkmiş məktəbli xəstəxanaya aparılıb, ona müvafiq tibbi yardım göstərilib.

Stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər həyata keçirilir. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional təhsil idarəsi tərəfindən izlənilir. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla maarifləndirici görüş keçirilib.

Qeyd edirik ki, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti qurumlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Tarix
2025.05.01 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla