Yuxarı

Burada hər şeyi açıqlayası deyiləm… - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Burada hər şeyi açıqlayası deyiləm… - Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda rəqibləri olan "Benfika" klubunun televiziya kanalının suallarını cavablandırıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis matçın favoritinin "Benfika" olduğunu desə də, öz futbolçuları barədə də müsbət fikirlər səsləndirib.

"Oyundan nə gözlədiyim barədə suala cavab vermək bir az çətindir. Nə gözlədiyimi dəqiq bilmirəm. Çünki son iki həftə ərzində birlikdə məşq etməyə çox da imkanımız olmayıb. Yalnız bu gün (bazar ertəsi) bütün komanda bir yerdə məşq etdi. Bu, vəziyyəti bir qədər çətinləşdirir. Amma bu cür oyunları bu şəraitdə keçirmək təcrübəmiz var. Futbolçularıma artıq demişəm ki, meydana çıxıb bu andan zövq almalıdırlar. Çünki biz böyük komanda və böyük klubla qarşılaşırıq. Ümid edirəm ki, futbolçularım ən yaxşı oyunlarının göstərəcəklər", – deyə Q.Qurbanov bildirib.

Q.Qurbanov rəqibi necə təhlil etdikləri barədə sualı da cavablandırıb:

"Təbii ki, burada hər şeyi açıqlayası deyiləm. “Benfika”nın oyunlarını analiz etmişik və necə oynadıqlarını bilirik. Komandada bəzi detalları futbolçulara çatdırmışam. Yeganə deyə biləcəyim budur ki, "Benfika"nın oyunçuları yüksək keyfiyyətə malikdir. Bu, onların əsas üstünlüyüdür. Motivasiya da onlarda daha çox ola bilər. Biz yalnız bu yolla – motivasiya və inamla – onlara qarşı yaxşı nəticə qazana bilərik. Amma obyektiv desək, onların oyunçularının keyfiyyəti bizimkini üstələyir. Bu da rəqibə əlavə üstünlük verir".

Xatırladaq ki, "Benfika" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Tarix
2025.09.16 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

Onlara bu tarixdə hökm oxunacaq

Azərbaycanla müharibə səhifəsini bağlamışıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla