Yuxarı

Xarici saytlar "Qarabağ" - "Ayntraxt" matçının biletlərini satır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xarici saytlar "Qarabağ" - "Ayntraxt" matçının biletlərini satır

"Qarabağ"ın UEFA Çempionlar Liqasında Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə keçiriləcək oyunu üçün biletlər rəsmi olaraq satışa çıxmasa da, bəzi xarici saytlarda artıq bunu əldə edilməsi ilə bağlı elanlar paylaşılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, elanlarda biletlər qonaq sektor üçün deyil, yerli azarkeşlər üçün nəzərdə tutulan sektorlar üzrə təklif olunur.

Xatırladaq ki, Bundesliqa təmsilçisi UEFA tərəfindən cəzalandırıldığı üçün Bakıdakı oyunda azarkeş dəstəyindən məhrum olacaq. Yəni, "Ayntraxt Frankfurt" tərəfdarları üçün yer ayrılmayacaq və qonaq sektorun biletləri də "Qarabağ" azarkeşlərinə satılacaq.

Digər vacib məqam isə xarici saytlarda satışa çıxarıldığı bildirilən biletlərin qiymətinin həddindən artıq baha olmasıdır. Müqayisə üçün qeyd edək ki, Bakıda "Ayaks"la (Niderland) keçirilən son ev oyununda standart biletlərin qiyməti 10-75 manat aralığında idi. Xarici saytlarda isə biletlərin qiyməti 80 dollardan (136 manat) başlayır.

Xarici bilet satışı platformalardakı görüntüləri təqdim edirik:

Tarix
2026.01.15 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla