Yuxarı

Dambrauskas "Sabah"ın ÇL-də mərhələ adlamasından danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dambrauskas "Sabah"ın ÇL-də mərhələ adlamasından danışdı

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandasına qarşı keçirdiyi hər iki oyunun nəticəsindən razı qalıb.

Axar.az xəbər verir ki, bunu litvalı mütəxəssis özü sözügedən oyundan sonra bildirib.

O, hər iki matçda yaxşı mübarizə apardıqlarını söyləyib:

"İlk oyunda 2-0 hesabı ilə qalib gəlmişdik. Bilirdik ki, rəqib daha açıq futbol oynamalı və daha çox risk etməli olacaq. Oyunun ilk dəqiqələri meydana və şəraitə uyğunlaşmaqla keçdi. Təxminən 15-20 dəqiqədən sonra oyuna tam daxil olduq. Ardınca qollar vurmağı bacardıq. Düşünürəm ki, bundan sonra ikinci hissə bizim üçün daha çox formal xarakter daşıdı. Rəqib də, demək olar ki, matçın bitməsini gözləyirdi. Bəzi futbolçularımız oyun təcrübəsi qazandılar. Hər iki oyunun yekun nəticəsini müsbət qiymətləndirirəm"

O, növbəti mərhələyə yüksələn komandasını və azarkeşləri təbrik edib:

"Futbolçularımı, Azərbaycan futbol ictimaiyyətini və "Sabah" azarkeşlərini təbrik edirəm. Komandamız UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlməyi bacardı. Düşünürəm ki, ən vacib məqam məhz budur".

Litvalı çalışdırıcı II təsnifat mərhələsində qarşılaşacaqları rəqibi dəyərləndirib:

"İndi təhlükəsiz şəkildə Bakıya qayıtmalı və növbəti mərhələyə hazırlaşmağa başlamalıyıq. Çünki oyunlar çox sıx qrafiklə keçirilir. Artıq gələn çərşənbə axşamı ikinci təsnifat mərhələsində yeni rəqibə qarşı meydana çıxacağıq.

Növbəti mərhələdə Finlandiyanın "Kups" komandası ilə qarşılaşacağıq. Açığı, indiyədək bütün diqqətimi TNS-lə oyunlara yönəltmişdim. Əlbəttə, "Kups"un hansı taktiki düzülüşdən istifadə etdiyinə və necə futbol oynadığına müəyyən qədər baxmışam, lakin rəqibi hələ detallı şəkildə təhlil etməmişik.

Bakıya qayıdan kimi onların oyunlarını analiz etməyə başlayacağıq. Əlimizdə bütün materiallar və lazım olan məlumatlar var. Qarşıdakı bir neçə gün ərzində çox çalışmalı və komandanı bu matça ən yaxşı şəkildə hazırlamalıyıq".

Qeyd edək ki, "Sabah" qitənin ən nüfuzlu klub turnirinin ilk təsnifat mərəhləsində TNS kollektivini iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə üstələyərək növbəti raunda adlayıb.

Tarix
2026.07.15 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla