Yuxarı

"Sabah" əks-hücumlara çox sürətlə çıxır - Harrison

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sabah" əks-hücumlara çox sürətlə çıxır - Harrison

"Sabah" komandası əks-hücumlara çox sürətlə çıxır.

Axar.az xəbər verir ki, bunu Uelsin TNS klubunun baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah"a məğlub olduqları cavab oyunundan sonra deyib.

"İlk 15-20 dəqiqədə üstün tərəf biz idik. Amma rəqibin vurduğu ilk qol bizim üçün gözlənilməz və sarsıdıcı zərbə oldu. Bu, komandanın ruh yüksəkliyinə mənfi təsir göstərdi. Birinci hissədə iki çox anlamsız qol buraxdıq. Məncə, həmin qollar oyunun gedişinə uyğun deyildi. O vaxta qədər üstünlük bizdə idi.

Düşünürəm ki, ilk hissə 0-0 hesabı ilə başa çatsaydı, fasilədən sonra vəziyyəti dəyişə bilərdik. Ancaq fasiləyə 0:2 hesabı ilə geridə yollanmaq çox məyusedici idi. "Sabah" yaxşı komandadır. Əks-hücumlara çox sürətlə çıxırlar. Birinci hissədə onların cinahlardakı sürətinə qarşılıq verə bilmədik", - o bildirib.

Qeyd edək ki, "Sabah" qitənin ən nüfuzlu klub turnirinin ilk təsnifat mərəhləsində TNS kollektivini iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə üstələyərək növbəti raunda adlayıb.

Tarix
2026.07.15 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirildi

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla