Yuxarı

DÇ-də final matçı təxirə salına bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-də final matçı təxirə salına bilər

İspaniya və Argentina milli komandaları arasında keçiriləcək futbol üzrə dünya çempionatının final matçı Kanadadakı meşə yanğınları səbəbindən təxirə salına bilər.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, qatı tüstü Kanadanın bir neçə şəhərinə yayılaraq ABŞ-nin şimal ştatlarına qədər çatıb. Artıq Çikaqoda küçə tədbirləri və MLS çərçivəsində keçirilməli olan "Çikaqo Fayr" - "Vankuver Uaytkeps" qarşılaşması ləğv edilib. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) havanın çirklənmə səviyyəsini qiymətləndirmək və göstəricilər sağlamlıq üçün təhlükəli olacağı təqdirdə oyun cədvəlini dəyişdirmək üçün xüsusi protokollara malikdir.

Həlledici final görüşünün iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərindəki "Metlayf" stadionunda keçirilməsi və Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.

Qeyd edək ki, DÇ-2026 tarixində ilk dəfə olaraq 32 deyil, 48 komandanın iştirak etdiyi turnir kimi yadda qalıb. FIFA tərəfindən qəbul edilən bu yeni format iştirakçı komandaların coğrafiyasını genişləndirməyə imkan verib və əlavə 40 oyun yaradaraq ümumi matçların sayını 104-ə çatdırıb. Eyni zamanda, FIFA prezidenti Canni İnfantino təşkilatın gələcəkdə komandaların sayını 64-ə qədər artırmaq ehtimalını nəzərdən keçirdiyini də açıqlayıb.

Tarix
2026.07.17 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla