Yuxarı

Qarabağ ÇSKA azarkeşlərinə bilet satmayacaq - Səbəb

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ ÇSKA azarkeşlərinə bilet satmayacaq - Səbəb

UEFA Bolqarıstanın ÇSKA klubunun azarkeşləri ilə bağlı intizam araşdırmasına başlayıb. Bu səbəbdən "Qarabağ"la səfər matçına bilet satışı dayandırılıb.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, buna səbəb Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Derri Siti” ilə matç zamanı yaşanan insidentlər olub. Həmin oyunda ÇSKA azarkeşləri ilə rəqib fanatlar arasında insident baş verib, nəticədə oyun dayandırılıb.

Klubun rəsmi saytında yayılan açıqlamada bildirilib ki, UEFA intizam işi yekunlaşana qədər Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyuna ÇSKA azarkeşləri üçün bilet satılmamasını tövsiyə edib.

Buna baxmayaraq, Sofiya təmsilçisi azarkeşlərin iyulun 23-də keçiriləcək qarşılaşmada iştirak edə bilməsi üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.

“Klubumuz UEFA qarşısında baş verən hadisələrlə, həmçinin “Derri” klubunun və Şimali İrlandiya hakimiyyətinin təhlükəsizlik tədbirləri və oyunun təşkili ilə bağlı fəaliyyətləri barədə bütün arqumentlərini təqdim edəcək”, - deyə açıqlamada qeyd olunub.

ÇSKA eyni zamanda azarkeşlərini təmkinli olmağa çağırıb, aqressiv davranışları, xuliqanlıq, irqçi və ayrı-seçkilik xarakterli hərəkətləri qəti şəkildə pislədiyini bildirib.

Qeyd edək ki, “Qarabağ” - ÇSKA matçı iyulun 23-də Bakıda keçiriləcək.

Tarix
2026.07.18 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla