Yuxarı

Mahir Emrelinin Polşa klubuna keçidinin - Təfərrüatı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mahir Emrelinin Polşa klubuna keçidinin - Təfərrüatı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin karyerasını Polşada davam etdirəcəyi dəqiqləşib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu yerli “Rakov” klubunda oynayacaq. O, müqavilə ilə məxsus olduğu “Kayzerslautern”dən (Almaniya) Polşa təmsilçisinə bir illik icarə əsasında keçəcək.

Hazırda Mahir agenti ilə birgə Polşadadır və tibbi müayinədən keçdikdən sonra “Rakuv”la münasibətləri rəsmiləşdirəcək.

“Rakuv” 2026/27 mövsümündə Polşanı Konfrans Liqasında təmsil edəcək. Lakin müqavilə bağlanılmadığından Mahirin adı dünən ikinci mərhələ üçün UEFA-ya göndərilən “Valletta” (Malta) ilə oyunlar üçün sifariş ərizəsinə salınmayıb. Amma komanda növbıti mərhələyə adlasa, biz Mahiri yenidən avrokubokda görə bilərik.

Yeri gəlmişkən, "Rakuv" - "Valletta" cütlüyü 3-cü mərhələdə “Neftçi” və “Zirə”nin potensial rəqiblərindəndir.

Xatırladaq ki, “Rakuv” Emrelinin karyerasında ikinci Polşa klubu olacaq. O, 2021/22 mövsümündə “Legiya”nın heyətində çıxış edib. Onun Varşava klubundakı karyerası azarkeşlərin komanda avtobusuna hücumundan sonra yarımçıq başa çatmışdı.

Qeyd edək ki, “Rakuv” Azərbaycan futboluna tanış rəqibdir. 2023/24 mövsümündə bu komanda Çempionlar Liqasının 2-ci mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Tarix
2026.07.18 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla