Yuxarı

“Qarabağ” yaralıdır, amma çox təhlükəlidir - Bolqar mediası

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” yaralıdır, amma çox təhlükəlidir - Bolqar mediası

Bolqarıstanın “Teleqraf” nəşri “Qarabağ” komandasına yazı həsr edib.

Axar.az Qol.az-a istinadən “Qarabağ” yaralıdır, amma hələ də çox təhlükəlidir” adlı yazını təqdim edir:

“Azərbaycan təmsilçisi ən böyük ulduzlarını satıb, lakin tanınmış simalarla güclü transfer kampaniyası aparıb. Qurban Qurbanovun Avropada bənzəri yoxdur.

“Qarabağ” Avropa Liqasında ÇSKA-nın (Bolqarıstan - red.) növbəti rəqibi olacaq. Bu iki qarşılaşmaya azərbaycanlıların İslandiyanın “Vestri” klubunu, “ordu təmsilçiləri”nin isə “Derri Siti”ni mübarizədən kənarlaşdırmasından sonra yol açılıb.

“Qarabağ”ın adını eşidəndə ağlımıza təkcə Çempionlar Liqasının əsas mərhələsində çıxış etməklə kifayətlənməyən, hətta qrupdan çıxmağı bacaran o qüdrətli komanda gəlir. Elə bir kollektiv ki, cəmi iki il əvvəl Razqradda “Ludoqorets”in qapısından 7 top keçirmiş və əsl Şərqi Avropa nəhənginə çevrilmişdi.

Lakin hazırda vəziyyət əvvəlki kimi deyil. Qurban Qurbanovun komandasının yerli çempionatdakı hegemonluğu sona çatıb. “Qarabağ” ötən mövsüm bizim ölkədə də yaxşı tanınan Valdas Dambrauskasın rəhbərlik etdiyi və bir il əvvəl “Levski”nin mübarizədən kənarlaşdırdığı “Sabah”dan 9 xal geri qalaraq başa vurub.

Ancaq yaralı olmasına baxmayaraq, “Qarabağ” yenə də təhlükəlidir.

Ağdam təmsilçisi ən böyük ulduzu Kamilo Duranı təxminən 6 milyon avro qarşılığında “Seltik”ə satıb. Bundan başqa, vaxtilə “Çerno More”də çıxış etmiş Leandro Andrade də komandanı tərk edərək Ukraynanın “Polissya Jitomir” klubuna keçib. Bəli, bir neçə həftə əvvəl yoxlama oyununda SSKA-nı darmadağın edən həmin komandaya.

İndiyədək “Qarabağ” 8 yeni futbolçu heyətə cəlb edib və onların hər biri üçün transfer haqqı ödəyib. “Almeriya”dan Bruno Lanqa, “Zalaeqerseq”dən Bençe Varkoni və “Ferensvaroş”dan Cebrail Makretskis üçün hərəsinə 1 milyon avro xərclənib.

Sonuncu futbolçu Bolqarıstanda yaxşı tanınır. O, vaxtilə “Pirin”in formasını geyinib, həmçinin “Levski”yə mümkün keçidi ilə gündəmə gəlib.

Renaldo Sefas, Zakariya Savo, Martin Zlosmisliç, Samuel Lobato və Jali Muadib üçün isə nisbətən aşağı məbləğlər ödənilib”.

Tarix
2026.07.18 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla