Yuxarı

Messini tamamilə bağlamaq... - İnyesta

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Messini tamamilə bağlamaq... - İnyesta

2026-cı il dünya çempionatının finalında argentinalı futbolçu Lionel Messini tamamilə zərərsizləşdirmək mümkün deyil.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bunu İspaniya millisinin heyətində 2010-cu ilin dünya çempionu olan Andres İnyesta deyib.

"Messini tamamilə bağlamaq mümkün deyil. Məsələ daha çox İspaniyanın öz oyunu ilə Argentinaya nə dərəcədə zərər vura biləcəyindədir: qol vəziyyətləri yaratmaq və onlar yarandıqda bunları reallaşdırmaq. Messi haqqında söz tapa bilmirəm - mən sadəcə bunu necə təsvir edəcəyimi bilmirəm", - deyə İnyesta bildirib.

İyulun 19-da Nyu Yorkda keçiriləcək finalda Argentina, yarımfinalda Fransanı 2-0 hesabı ilə məğlub edən İspaniya ilə qarşılaşacaq. Argentina öz yarımfinalında İngiltərəni 2-1 hesabı ilə məğlub edib.

Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol üzrə dünya çempionatı iyunun 11-də ABŞ, Meksika və Kanadada başlayıb və iyulun 19-dək davam edəcək. Hazırkı dünya çempionu, ötən finalda Fransanı məğlub edən Argentina millisidir.

Tarix
2026.07.18 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla