Yuxarı

Axundzadənin yeni müqaviləsi: “Qarabağ”a da pay düşür?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axundzadənin yeni müqaviləsi: “Qarabağ”a da pay düşür?

Türkiyə Super Liqası təmsilçisi “Ərzurumspor” Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni gələcəkdə birdəfəlik transfer edə bilər.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a klubun idman direktoru Müzəffər Bilazer deyib.

Onun sözlərinə görə, 21 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi bağlanması nəzərdə tutulsa da, tərəflər arasında satınalma bəndi də yer alıb.

Belə ki, Nəriman Axundzadə “Ərzurumspor”da uğurlu çıxışı ilə seçilərsə, Türkiyə klubu onun transfer hüquqlarını ABŞ-ın “Kolambus Kryu” klubundan 1,5 milyon avroya əldə edə biləcək.

Bilazer bildirib ki, bu qərar futbolçunun mövsüm ərzində göstərəcəyi performansdan asılı olacaq.

Klub rəsmisi əlavə edib ki, gənc olduğu üçün “Ərzurumspor” Nəriman Axundzadənin gələcəkdə birdəfəlik transferində maraqlıdır.

Qeyd edək ki, Nəriman Axundzadənin “Kolambus Kryu” ilə müqaviləsində “Qarabağ”ın futbolçunun növbəti satışından da müəyyən faiz əldə etməsini nəzərdə tutan maddə yer alıb.

Tarix
2026.08.04 / 18:06
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla