Yuxarı

"Sabah"la oyunda bizi nələrin gözlədiyini bilirik - Poulsen

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sabah"la oyunda bizi nələrin gözlədiyini bilirik - Poulsen

"Sabah"la oyunda bizi nələrin gözlədiyini bilirik.

Axar.az xəbər verir ki, bunu Danimarka komandası “Orhus”un baş məşqçisi Yakop Poulsen "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan əvvəl mətbuat konfransında deyib.

"Hazırlığımızı yaxşı keçirmişik və bizi nələrin gözlədiyini bilirik. "Sabah" yaxşı komandadır. Onlar yay fasiləsindən əvvəl çox uğurlu mövsüm keçirdilər. Rəqibimiz ölkə çempionluğunu, adətən Azərbaycanın ən güclü komandası kimi tanınan və həmin mövsümdə Çempionlar Liqasında çıxış edən "Qarabağ" qabaqlayaraq qazandılar. Buna görə də sabah güclü rəqiblə qarşılaşacağıq", - Poulsen bildirib.

Yakop Poulsen "Sabah"ın yaxşı təşkilatlanmış komanda olduğunu bildirib:

"Onların hücum xəttində sabit çıxış edən dörd futbolçu və hər fürsəti qola çevirən bir mərkəz hücumçuları var. Müdafiədə də çox sabit oynayırlar və rəqiblərə qol fürsətləri yaratmağa imkan vermirlər".

Qeyd edək ki, "Orhus" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək.

Tarix
2026.08.04 / 18:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

Sultan Qasımovun vəsatəti təmin olunmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla