Yuxarı

Sabah tarix yazmaq istəyirik - Dambrauskas

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah tarix yazmaq istəyirik - Dambrauskas

İlk matçda bir qol fərqi ilə məğlub olmuşuq. Bunu aradan qaldırmaq çətin deyil.

Axar.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Danimarkanın "Orhus" komandası ilə keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, komandada ab-havanın yaxşı olduğunu bildirib:

"Futbolçularım oyuna hazırdırlar. Heç bir problemimiz yoxdur. İstəyirik ki, sabah tarix yazaq və Azərbaycan xalqını sevindirək".

Litvalı mütəxəssis rəqibin heyətində təhlükəli və yaxşı oyunçuların olduğunu söyləyib:

"Doğrudan da ilk matçda yaxşı futbol sərgilədik. Əlbəttə ki, nəticə də bizim üçün önəmlidir. "Orhus" elə komandadır ki, qol epizodlarını az yaratsa da, bunları reallaşdırmağı bacarır. Danimarkada müəyyən səhvlər etdik. Hansı tərəf xırda detalları daha yaxşı təhlil etsə, həmin kollektiv də növbəti raunda yüksələcək. Düşünürəm ki, küləkli hava şəraiti oyuna təsir göstərməyəcək”.

Baş məşqçi komandasının çoxlu sayda qol fürsəti yaratmasının onu sevindirdiyini vurğulayıb.

Qeyd edək ki, avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq “Sabah” – “Orhus” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında Danimarkada keçirilmiş ilk matçda meydan sahibləri 2-1 hesablı qələbə qazanıblar.

Bu cütün qalibi pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Tarix
2026.08.10 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Güney Azərbaycanda yeni partiya yarandı

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla