Yuxarı

“Qarabağ”ın prezidenti danışdı: Heyətimizi gücləndirdik!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”ın prezidenti danışdı: Heyətimizi gücləndirdik!

Möhtəşəm bir futbol ilini geridə qoyduqdan sonra 2026/2027-ci illər mövsümünə böyük hədəflər və inamla start verdik. Qarşıda bizi yenə çox ciddi və məsuliyyətli sınaqlar gözləyir.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Kiyev “Dinamo”su ilə cavab oyunu ərəfəsində klubun rəsmi saytına açıqlamasında deyib.

Funksioner “Qarabağ”ın hədəflərinin böyük olduğunu və komandaya inandığını bildirib:

“Bu il bir çox mövqedə heyətimizi gücləndirdik, inandığımız futbolçuları komandamıza cəlb etdik və bu seçimləri edərkən qarşıdakı matçları, komandamızın ehtiyaclarını nəzərə aldıq. Yeni futbolçularımızın “Qarabağ”a öz töhfələrini verəcəyinə inanıram və bu komandanın potensialına ürəkdən güvənirəm.

Hər zaman olduğu kimi, bu gün də Qurban müəllimin yanındayam. Onunla birlikdə uzun illər ərzində çox böyük uğurlar qazanmışıq, onun bu komandaya olan sevgisini və bağlılığını çox yaxşı bilirəm. Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm. İnanıram ki, futbolçularımız qarşıdakı günlərdə bizlərə yenə qürur duyacağımız gözəl anlar yaşadacaqlar”.

Tahir Gözəl sonda azarkeşlərə səslənib:

“İndi isə azarkeşlərimizə səslənərək komandamıza inanmalarını, bu inamı tribunada futbolçularımıza hiss etdirmələrini istəyirəm. “Dinamo” ilə bizi çox vacib oyun gözləyir. Belə məqamlarda stadionun səsi, azarkeşin sevgisi komandaya böyük güc və mübarizə ruhu verir. Gəlin, hər birimiz yumruq kimi bir yerdə olaq, komandamızı ürəkdən dəstəkləyək və “Qarabağ”ımıza olan inamımızı tribunadan hiss etdirək”.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Ukrayna klubu 1:0 hesablı qələbə qazanıb.

Tarix
2026.08.11 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Güney Azərbaycanda yeni partiya yarandı

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla