Yuxarı

İsrailli "Sabah"la oyundan danışdı: Şanslar...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailli "Sabah"la oyundan danışdı: Şanslar...

“Sabah” – “Hapoel” oyununda şanslar bərabərdir. Bizi iki maraqlı qarşılaşma gözləyir.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında “Sumqayıt”ın israilli futbolçusu Roi Kehat UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və “Hapoel” (Ber-Şeva) komandaları arasında keçiriləcək oyunlarla bağlı danışarkən deyib.

Yarımmüdafiəçinin sözlərinə görə, Ber-Şeva təmsilçisinin əvvəllər avrokubokların qrup mərhələsində oynaması bu komanda üçün cüzi üstünlük yarada bilər:

“Hər iki komandanın oyun üslubu oxşardır. Yüksək tempdə pressinq etməyi və meydanın ön hissəsində təzyiq göstərməyi sevirlər. Həmçinin hücumların qurulmasına qapı xəttindən başlayır və uzun ötürmələrdən daha az istifadə edirlər. “Hapoel” 8 ildən sonra yenidən İsrail çempionu olub. Güclü, hazırlıqlı, intizamlı və təşkilatlanmış komandadır. “Sabah” da çox yaxşı kollektivdir. Matça yaxşı hazırlaşacaqlar və meydanda nə etməli olduqlarını bilirlər. Düşünürəm ki, Azərbaycan təmsilçisi öz oyun üslubunu qoruyub saxlamalıdır. Futbolçular bu üsluba inanırlar və eyni yanaşmanı davam etdirmək onlara əlavə inam verəcək”.

Qeyd edək ki, “Sabah” “Hapoel”lə ilk oyununu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab matçını isə 25-də Bakıda keçirəcək.

Tarix
2026.08.12 / 22:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla