Yuxarı

Lukaku "Fənərbağça"da - Rəsmi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaku "Fənərbağça"da - Rəsmi

"Fənərbağça" "Napoli"nin hücumçusu Romelu Lukakunu heyətinə qatıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb. Klubun futbol direktoru Oğuz Çətin belçikalı hücumçunun bu axşam İstanbula gələcəyini bildirib.

33 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətinə qatılması ilə bağlı fikirlərini bölüşüb:

"Əziz "Fənərbağça" azarkeşləri. Belə möhtəşəm tarixə malik klubun bir parçası olmaq mənim üçün böyük şərəf və imtiyazdır.

Düzünü desəm, çox yaxşı komandamız var və belə güclü heyətin bir parçası olduğum üçün çox xoşbəxtəm. Hər gün çox çalışacağam, məşqlərdə əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, komandaya mümkün qədər çox kömək edim. Meydanda keçirdiyim hər anı komandanın qələbəsi üçün dəyərləndirmək istəyirəm.

Mənə bir insan və futbolçu kimi göstərdikləri etimada görə rəhbərliyə və baş məşqçimizə təşəkkür edirəm.

Mənim üçün də bu, bir qədər emosional andır. Çünki uzun illərdən sonra Türkiyəyə qayıdıram. Bildiyiniz kimi, uşaqlıqda burada yaşamışam və məhz burada atamla birlikdə peşəkar futbol dünyasını kəşf etmişəm. Buna görə də qayıdışım mənim üçün çox xüsusi və emosional olacaq. Bunun "Fənərbağça" ilə baş verməsi məni çox qürurlandırır. Dəstəyiniz üçün təşəkkür edirəm. Tezliklə görüşərik".

Xatırladaq ki, Lukaku son iki mövsümdə "Napoli"nin formasını geyinib. Bu müddətdə 45 oyunda 15 qol vurub və 11 məhsuldar ötürmə edib.

Tarix
2026.08.12 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla