Yuxarı

Dünya çempionu evinin qarşısında öldürüldü - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya çempionu evinin qarşısında öldürüldü - Video

Boks üzrə keçmiş dünya çempionu Zolani Tete Cənubi Afrikanın Mdantsane şəhərində, evinin qarşısında güllələnərək öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə SABC radiostansiyası məlumat yayıb.

Bildirilib ki, Zolani Tete məşqdən qayıdarkən evinin qarşısında maşını saxlayıb və darvazanın açılmasını gözləyib. Elə bu an iki silahlı kişi maşına tərəf qaçıb və atəş açıb. 38 yaşlı boksçu hadisə yerində ölüb, maşında olan qadın isə çoxsaylı güllə yarası alıb. Hazırda o, xəstəxanadadır və vəziyyəti ağırdır.

Xatırladaq ki, 2014-15-ci illərdə Zolani Tete IBF versiyası üzrə ikinci yüngül çəki dərəcəsində dünya çempionu olub. O, 2017-ci ildən 2019-cu ilə qədər WBO versiyası üzrə yüngül çəki dərəcəsində dünya çempionu tituluna sahib olub. Tete titul döyüşündə ən sürətli nokaut üzrə Ginnes rekorduna sahibdir - 11 saniyə (2017-ci ildə WBO titulunu qoruyarkən Siboniso Qonyiyə qarşı). 2022-ci ildə Ceyson Kanningem üzərində qələbədən sonra Tete dopinq testindən keçə bilməyib və 2026-cı ilin iyul ayının sonuna qədər dörd il müddətinə diskvalifikasiya edilib. Son aylarda Tete rinqə qayıtmağa hazırlaşırdı.

Tarix
2026.08.22 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla