Yuxarı

Medinanın oynadığı matçda yeni dünya rekordu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Medinanın oynadığı matçda yeni dünya rekordu

Azərbaycan milliisinin sabiq üzvü Eddi İsrafilov və "Qarabağ"ın keçmiş müdafiəçisi Kevin Medinanın klubu olan Malayziya “Cohor Darul Tazim"i ölkə çempionatlarında ardıcıl məğlubiyyətsiz oyunların sayına görə dünya rekordu müəyyənləşdirib.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, komanda yeni mövsümün 1-ci turunda “Kuçinq”i 3:0 hesabı ilə məğlub edib.

Bununla “Cohor Darul Tazim”in çempionatda məğlubiyyətsiz seriyası 109 oyuna çatıb.

Medina bu oyunda əsas heyətdə meydana çıxıb, Eddi isə sonadək ehtiyatda qalıb.

Bu, Medinanın yeni komandasında debüt matçı olub.

Qeyd edək ki, Malayziya təmsilçisi Kot-d’İvuarın “ASEK Mimozas” klubunun rekordunu yeniləyib. “ASEK Mimozas” 1989-1994-cü illərdə ölkə çempionatında ardıcıl 108 matçda məğlub olmamışdı. “Cohor Darul Tazim” ötən mövsümün son oyununda bu göstəricini təkrarlamışdı. Komanda son 4 mövsümdə Malayziya çempionu olub və 2021-ci ilin aprelindən bəri ölkə çempionatında məğlubiyyət üzü görməyib.

Tarix
2026.08.22 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla