Yuxarı

İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq - Qurbanov

Əfsuslar olsun ki, məğlub olduq. Belə nəticəni heç istəməzdik. Səhvlərimiz kifayət qədər idi. Amma hər şeyə baxmayaraq, meydanda mübarizə aparan kollektiv gördüm.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda Niderlandın “Tvente” komandasına 1:4 hesabı ilə uduzduqları cavab oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis inkişaf etmək üçün çalışacaqlarını söyləyib:

“İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq. Hücum xəttimiz daha sürətli olmalıdır. Bu oyunda hücumla bağlı çatışmazlıqlarımız oldu. Bu istiqamətdə özümüzü inkişaf etdirməliyik. Komandanın formalaşması üçün müəyyən vaxta ehtiyacımız var. Heyət yenidir və bəlkə də dekabr ayında tam olaraq formaya düşəcəyik. Komandanı gücləndirməyə çalışırıq. Futbol günü-gündən inkişaf edir. Biz də çalışırıq ki, inkişaf edək və çatışmazlıqlarımızı aradan qaldıraq”.

Q.Qurbanov çempionatda yüksək hədəflər uğrunda mübarizəyə davam edəcəklərini bildirib:

“Çempionatımızın səviyyəsi hər mövsüm artır. Biz də yolumuza davam edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” evdə “Tvente”yə 1:4 hesabı ilə uduzaraq avrokuboklarda mübarizəni dayandırıb. Ağdam klubu ilk matçda minimalhesablı qələbə qazanmışdı – 1:0.

Tarix
2026.08.27 / 23:47
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla