Yuxarı

“Sabah”dan möcüzə gözləyə bilmərik - Ekspert

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sabah”dan möcüzə gözləyə bilmərik - Ekspert

“Sabah”ın püşkü çox ağır oldu. Şəxsən düşünürəm ki, məhz turnirin gedişatı baxımından uğursuz püşk idi. Əslində, statistikaya baxanda da Çempionlar Liqasında 36 komanda arasında ən ağır, ən çətin püşk məhz “Sabah”a düşüb. İlk çempionluq ilində Çempionlar Liqasının liqa mərhələsinə yüksəlmiş debütant üçün həqiqətən də ağır püşkdür.

Bu sözləri idman eksperti Kənan Məstəliyev Axar.az-a açıqlamasında "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, turnirdə xallar toplamaq, növbəti mərhələyə yüksəlmək baxımından mümkün olan ən ağır qruplardan birinə “Sabah” komandası düşdü:

“Amma bunun ikinci tərəfi də var. Bu, futboldur. Biz debütant “Sabah”dan Çempionlar Liqasında möcüzələr yaratmağı, ilk səkkizliyə, yarımfinala çıxmağı və ya daha yüksək yerlər tutmağı tələb edə bilmərik. Çünki bu, real deyil.

Sadəcə prosesdən zövq almaq lazımdır. Çünki “Barselona” kimi komanda Bakıya gələcək. Belə bir komanda ilə öz meydanında, öz azarkeşlərinin gözü qarşısında oynamaq özü böyük bir bayramdır, futbol bayramıdır.

“Borussiya Dortmund” kimi komanda Bakıda “Sabah”ın qarşısında olacaq, sonra “Napoli” gələcək, səfərdə isə “Mançester Yunayted” və “Arsenal” kimi İngiltərə və dünya futbolunun nəhəngləri ilə qarşılaşacaq. Yəni məhz futbol bayramı baxımından, futbolun zövqünü almaq, Çempionlar Liqasının dadını çıxarmaq baxımından yaxşı bir fürsətimiz olacaq”, - o bildirib.

Tarix
2026.08.28 / 15:18
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla