Yuxarı

"Neftçi" hücumçu aldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi" hücumçu aldı

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Axar.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana “ağ-qaralar”ın yeni üzvüdür. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, komandada 22 nömrəli formanı geyinəcək.

Qeyd olunub ki, əsasən sağ vinger mövqeyində çıxış edən Jubitana komandanın oyun sistemindən asılı olaraq hücumda müxtəlif mövqelərdə oynaya bilir. O, ötən mövsüm sonuncu klubu “Atromitos”un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.

Yunanıstandan əvvəl Niderland və Belçika liqalarında çıxış etmiş Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

Tarix
2026.08.28 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla