Yuxarı

Qurbanov Borgesin qırmızı vərəqə almasından danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov Borgesin qırmızı vərəqə almasından danışdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda "Sumqayıt" üzərində qələbədən sonra fikirlərini bölüşüb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, mütəxəssis komandasının azlıqda qalmasına baxmayaraq, vacib üç xal qazandıqlarını bildirib. O həmçinin azarkeşlərə təşəkkürünü çatdırıb:

"Futbolçularımı təbrik edirəm. Azlıqda qalmağımıza baxmayaraq, vacib üç xal qazandıq. Bu gün rəqibimizi daha yaxından tanıdıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, hər zaman stadiona gəlib bizi dəstəkləyirlər".

Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması barədə də danışıb.

Baş məşqçi bildirib ki, "Tvente" ilə qarşılaşmada Kadiyə qırmızı vərəqə göstərilməsi üçün əsas olmayıb, lakin "Sumqayıt"la oyundakı epizodda futbolçunun cəzalandırılması düzgün qərar olub:

"Tvente" ilə oyunda qırmızı vərəqə yox idi. Amma bugünkü epizodda qırmızı vərəqə verilməli idi. Kadi ilə söhbətim oldu. Nə qədər sakitləşdirməyə çalışsam da, futbolçularda belə emosional anlar olur".

Tarix
2026.08.31 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla